LAYIHƏ HAQQINDA

İl ərzində artıq ikinci dəfədir ki Bakıda keçirilən Şopinq Festivalı kiçik və orta biznes sahiblərinə tərəfdaş və ya sponsor qismində iştirak etmək imkanı verir. Festivalın məqsədi Bakı şəhərini regional ticarət mərkəzinə çevirməkdir. Bakı Şopinq Festivalının təşkili ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosu məşğul olub. Bakı Şopinq Festivalı ilk dəfə 2017-ci il aprelin 10-dan mayın 10-dək keçirilib. Cəlbedici təkliflər və genişmiqyaslı reklam kampaniyası vasitəsilə Festival ölkəyə turist axınını artırmağı və bununla iqtisadiyyatın turizm, mehmanxana biznesi, ticarət, xidmətlər, nəqliyyat və s. kimi sahələrinin inkişafına təkan verməyi planlaşdırır. Bakı Şopinq Festivalı yalnız turistlərə deyil, həmçinin yerli istehlakçılara sərfəli şopinq şərtləri və əyləncə xarakterli imkanlar təqdim edərək satış dövriyyəsinin artmasını stimullaşdırır. Festival zamanı Bakının 400-dən çox mağazasında alıcılar xüsusi kampaniyalar çərçivəsində endirimlərlə dünyanın aparıcı brendlərindən geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, həmçinin digər məhsulları əldə edə biləcək. Həmçinin məhsullara “Tax Free” sistemi tətbiq olunmuşdu. Festival zamanı interaktiv oyunlar, lotereyalar və moda nümayişləri təşkil olunmuşdu. LIKON Bakı Şopinq Festivalına tərəfdaş qismində qoşularaq lotereya zamanı Bakcell istifadəçilərinin şəbəkədaxili pulsuz danışıq dəqiqələri ilə təmin olunmasına sponsorluq edib.