XİDMƏT DETALLARI

Onlayn Zəng Mərkəzi

Müasir dövrdə zəng mərkəzlərinin xidmətlərindən faydalanmayan qurum çox azdır. Niyə şirkətlər, müəssisə və qurumlar bu texnologiyadan istifadəni vacib bilirlər? Zəng mərkəzləri müəssisə ilə müştərilər arasında bir rabitə körpüsüdür. Şirkət ilə müştəri arasında zəng mərkəzlərinin dəstəyi ilə güclənən münasibətlərin nəticəsində müştərilər xidmətdən məmnun qalır və bununla da alıcılıq qabiliyyəti yüksəlir. Yəni bu xidmət vasitəsi ilə şirkətlər gəlir sahəsini artırmağa başlayırlar. Likon MMC şirkəti isə sizə bu xidməti öz sisteminizə sadəcə hazır proqram vasitəsi ilə əlavə etməyinizi təklif edir. Bu proqrama sadəcə öz parolunuzu daxil etməklə Onlayn Zəng Mərkəzi xidmətindən asanlıqla istifadə edə bilərsiniz.