XİDMƏT DETALLARI

SMM və Reklam

LİKON MMC olaraq təqdim etdiyimiz reklam və SMM xidmətləri vasitəsilə korporasiyanızın, müəssisənizin və ya məhsul və xidmətlərinizin qısa müddət ərzində tanınmasını təmin edirik. Bu yolla siz hədəf dairəsini müəyyənləşdirməklə real istifadəçilərlə birbaşa əlaqə yaratma imkanı əldə etmiş olursunuz.

Müasir dövrdə internet istifadəçilərinin böyük əksəriyyəti vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Bu baxımdan hazırkı dövrdə Sosial Media Marketinqinin əhəmiyyəti durmadan artır. Professional SMM menecerlərimiz vasitəsilə web saytınızın, kompaniya, təşkilat və ya müəssinizin, eyni zamanda məhsul və xidmətlərinizin sosial mediada reklamını həyata keçirə bilərsiniz. Sizə aşağıdakı SMM xidmətlərimizi təklif edirik:

  • Hədəf kütləsinə xitab edərək istehlakçıların ən çox vaxt keçirdiyi sosial medyada brendin tanınması və sürətli rabitə sayəsində müştəri məmnuniyyətini təmin etmək
  • Səhifə və qrupların yaradılması və idarəsi;
  • Düzgün auditoriyaya xitab edən kontent və şəkillərin hazırlanması və paylaşılması
  • Real istifadəçilərdən ibarət auditoriyanın artımı
  • Əsas hədəf dairəsi seçilərək konkret paylaşımların və ya səhifənin reklamının təşkili
  • Kompaniya və müəssisələrin məhsullarını sosial medya profillərində öz istiqamət sahəsinə uyğun şəkildə postlar hazırlamaq, seçilmiş vaxtlarda müştərilərdən gələn istəkləri nəzərə alaraq yaradıclıq qabiliyyəti yüksək olan kollektivlə birgə dizayn edərək yarışlar hazırlamaq
  • Rəqibləri analiz edərək fəaliyyət strategiyası müəyyənləşdirmək və bu barədə hesabatların hazırlanması

Sosial medİa gün ərzində milyonlarla insanın ziyarət etdiyi digital aləmdir. Buna görə də bu platformada brendinizin təmsilçiliyini, reklam və tanıtımını professional şəxslər həyata keçirməlidir. Biznesinizin sosial mediada tanınmasını LİKON MMC-nin professional kollektivinə həvalə edə bilərsiniz.