XİDMƏT DETALLARI

Toplu Dəqiqə

Toplu Dəqiqə xidmətimiz vasitəsilə müştərilərinizə maddi hədiyyələrə, endirimlərə əl atmadan təşəkkürünüzü bildirə bilərsiniz. Xidmətinizdən istifadəyə görə onlara ölkədaxilli pulsuz Bakcell danışıqlarını hədiyyə edin. Dəqiqələri əldə etdikdə, Siz özünüz kartın nominalını (5,10,20 dəqiqə)  seçə bilərsiniz. Bu xidmət bütün fəaliyyət sahələri üçün yararlıdır: mağaza, restoran, kafe, zavod, əlavə xidmət sahələri (taksi, çamaşırxana), banklar. Digər hədiyyələrdən fərqli olaraq Toplu Dəqiqələrdən hamı yararlanır. Bu xidmət vasitəsi ilə sərfəli qiymətə istehlakçı, partnyor və müştəri məmnuiyyətini qazanmaqla yanaşı öz yüksək xidmət səviyyəsinizi vurğulaya bilərsiniz.