XİDMƏT DETALLARI

Toplu Mail

E-mail marketinq biznes sahəsində internet-marketinqin ən effektiv vasitələrindən biridir. Bu xidmət vasitəsi ilə həm mövcud olan, həm də potensial müştərilərlə birbaşa əlaqə yaratmaq mümkündür. Biznes və ya ticarət sahəsində fəaliyyətinizin elektron formada olub-olmamasından asılı olmayaraq müştəri auditoriyasına məhsul, xidmət və fəaliyyətinizi tanıtmağın ən asan yolu toplu mail xidmətlərindən istifadədir. E-mail xidmətlərindən istər reklam xarakterli, istərsə də hazır şablonlar vasitəsi ilə mövcud və potensial müştərilərə çatmaq üçün istifadə olunur.
E-mail marketinqin xüsusiyyətləri:
1. Biznes və müştəri arasında dialoqun qurulması
2. Mövcud və ya potensial müştəri bazasının yığılması
3. İzləyicilərdən lazımi hədəfli addımlar əldə etmək (şərhlər, rəsmiləşdirilmiş sifarişlər, ərizələr, yüklənmiş pulsuz materiallar və s.)
4. Avtomatik sistemdən istifadə olunması
5. Reklam kanalında xərclərin azaldılması

Toplu Mail göndərilməsi zamanı informasiya mətni, şəkillər, şirkətinizi, fəaliyyətinizi və ya xüsusi vurğulamaq istədyiniz hər hansı məlumatı izah edən mətnlər kriteriyalara uyğun daxil edildikdə doğru hədəfə çatmaq mümkün olacaq.

Servisimiz Sizə e-mail göndərişlərinin düzgün yaradılması və göndərilməsi barədə lazımi məlumatı təqdim edir, statistikada isə dəqiq hesabatlar əks etdirilir.