XİDMƏT DETALLARI

Toplu SMS

Mobil marketinq daim inkişaf edir, xüsusən də son dövrlərdə mobil istifadəçilər arasında alıcılıq qabiliyyətinin artması kompaniyaların bu marketinq növündən istifadəsini çoxaldır. Son zamanlar şirkətlər tez-tez sms reklama can atırlar, çünki bu reklam növü şirkətlə müştəri auditoriyası arasında birbaşa əlaqəni təmin edir. Böyük şirkətlərlə yanaşı kiçik korporasiyalar da bu xidmət vasitəsi ilə öz brendini tanıdaraq məhsul və xidmətləri haqqında məlumatları həm öz müştərilərinə, həm də potensial müştərilərə çatdıra bilirlər.  “Müştəri auditoriyasına qarşılıqlı təsir” bu marketinq növünün əsas açıqlamasıdır. 
SMS marketinqinin üstünlüyü:

*Auditoriyanın geniş əhatəsi                                                                                                                                                                                                          

*Minimum xərclərlə müştərilərin maksimum əhatəsi                                                                                                                                                                           

*Lazımi informasiyanın sürətli çatdırılması

 

Reklam SMS-in 3 növü var:

  1. Services SMS                                                                                                                                                                                                                                   
  2. Bulk SMS                                                                                                                                                                                                                                          
  3. Profil SMS

Services SMS

Services SMS - onlayn-rejimdə həyata keçirilir, abunəçi xidmətləri ödədikdən dərhal sonra məlumatlandırıcı SMS alır. SMS-lər əməkdaşlar yox, sistem tərəfindən göndərilir. Fərqli xidmətlərin mövcud olduğunu nəzərə alaraq SMS-lər toplu deyil, individual şəkildə göndərilir. Services SMS-dən ən çox istifadə olunan sahələr banklar, sığorta şirkətləri, İT şirkətləri, dövlət orqanları, taksi xidməti təklif edən şirkətlər və plastik kartla fəaliyyət göstərən istənilən qurumlardır.

Bulk SMS

Bulk SMS xidməti vasitəsilə qısa müddətdə çox sayda müştəriyə kütləvi SMS göndərilməsi təmin olunur. Göndərilən SMS-lərdə istənilən məlumatı əlavə edə, vaxt və tarixini əvvəlcədən müəyyən edə bilərsiniz. BULK SMS xidmətinin bir üstünlüyü də mesaj göndərənin ünvan hissəsində şirkətinizin adı qeyd olunur və bununla da şirkətinizin etibarlılığını artırmaqla imicini möhkəmlətmiş olursunuz.

Profil SMS

Profil SMS xidməti mövcud müştərilərlə yanaşı potensial müştəriləri də cəlb etmək xüsusiyyətinə malikdir. Bu xidmət vasitəsilə SMS-lər yalnız sizin istədiyiniz kateqoriyaya əsasən müəyyənləşdirilən maraq auditoriyasına çatdırılacaq. SMS xidməti üzrə bazamızda Azərbaycan ərazisində 3 operator üzrə 16 milyon aktiv nömrə mövcuddur. İstənilən məlumat sizin təyin etdiyiniz
1. Cins 
2. Yaş 
3. ərazi
4. Aylıq abunə haqqı 
kateqoriyalarına uyğun auditoriyaya çatdırılır. Göndərən bölməsində şirkətinizin adının qeyd olunması isə şirkət/brend imicinin müsbət istiqamətdə inkişafını təmin edir.