XİDMƏT DETALLARI

Veb bannerlərin hazırlanması

Veb banner internet reklamlarında geniş şəkildə istifadə olunan vasitələrdən biridir. Bannerlər vizual əhəmiyyətə malik, fərqli ölçü və formalarda hazırlana bilən web saytların ən çox görünən hissələrinə yerləşdirilən və reklam verənin müəyyənləşdirdiyi adresə keçid verilən internet reklamlarıdır.

Bu reklamın uğurlu olması üçün bannerin dizaynı təmiz və sadə olmalı, mümkün qədər qarışıq məzmundan qaçılmalı və yazılar asanlıqla oxuna bilməlidir. Diqqət çəkici rənglərdən və animasiya tipli məzmundan istifadə ziyarətçiləri daha çox cəlb edir və bununla reklam öz məqsədinə çatmış olur. Bütün bunları nəzərə alaraq uğurlu veb bannerlərin hazırlanması üçün ilk növbədə professional kollektivlə işləmək vacibdir. Likon MMC sizə uğurlu web bannerlərin hazırlanması xidmətini təqdim edir.