XİDMƏT DETALLARI

Veb proqramların və saytların təhlükəsizliyinin təmini

İnformasiya ötürülməsi və rabitə şəxsi və ya institusional veb saytları vasitəsilə həyata keçirilir. Elə buna görə də veb saytlar kompüter quldurlarının bir nömrəli hədəfinə çevrilmişdir. Bu şəxslər saytlarda olan boşluqlardan istifadə edərək şəxslərin və ya qurumların şəxsi məlumatlarını və ya yazışmalarını əldə edir, xüsusilə də korporasiya kimi fəaliyyət göstərən veb saytlara (satış saytları, bank saytları və s.) zərər verməyə çalışırlar. Bu kimi halların qarşısını almaq üçün saytda təhlükəsizlik tədbirləri görülməsi vacibdir. LİKON MMC saytın qurulması zamanı sizə bu xidməti təqdim edir.