XİDMƏT DETALLARI

Veb saytların hazırlanması

Veb saytlar müasir dövrdə ən çox istifadə olunan və ən təsirli əlaqə və informasiya mübadiləsi vasitəsi olan internet dünyaya açılan pəncərədir. Şirkət, korporasiya, qurum və şəxslər veb sayt vasitəsilə məhsul, xidmət və informasiyaları internet istifadəçilərinə çatdıra bilirlər. Web saytlar artıq bir növ şirkətlərin əsas imicini formalaşdıran vasitə olmuşdur. Təşkilatlanma və brend kimi formalaşma yolunda atılacaq addımlardan ən əsası veb saytın qurulması ilə yanaşı, qurulacaq saytın funksionallığını təmin etmək olmalıdır. Saytdan asan istifadənin və daha çox məlumatın təsvir oluna bilməsi üçün ilk növbədə proqram tərtibatı düzgün və professional şəkildə qurulmalıdır. LİKON MMC şirkəti olaraq təcrübəli və professional proqramistlərdən ibarət kollektivimizlə sizə müasir standartlara uyğun veb saytlar təqdim edirik.